YARAT Müasir İncəsənət Mərkəzində “Postskriptum” qısametrajlı bədii filmin nümayişi keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

YARAT Müasir İncəsənət Mərkəzində “Postskriptum” qısametrajlı bədii filmin nümayişi keçiriləcək

YARAT Müasir İncəsənət Mərkəzində “Postskriptum” qısametrajlı bədii filmin nümayişi keçiriləcək


AzNews.info xəbər verir ki, 20 sentyabr tarixində saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində Emin Mirabdullayevin “Postskriptum” qısametrajlı bədii filminin nümayişi keçiriləcək. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.

Qeyd edək ki, “Postskriptum” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

“Postskriptum” filminin ssenari müəllifləri Ramiz Fətəliyev və Emin Mirabdullayev, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Səid Qəni, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat və digərləri canlandırırlar.

Giriş sərbəstdir.

Əlavə məlumat üçün əlaqə telefonu: +99412 505 1414

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *