Şabranda polisləri döydülər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Şabranda polisləri döydülər

Şabranda polisləri döydülər


Şabranda iki polis əməkdaşı xidmətdə olarkən döyülüb.

Aznews.info xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Şabran şəhərində qeydə alınıb.

Şabran Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları Elçin Sadıqov və Savalan Məhərrəmov şəhər ərazisində xidmətdə olarkən sərxoş vəziyyətdə olan Siyəzən rayon sakini Musa Hüseynov tərəfindən döyülüblər. M.Hüseynov hər iki polis əməkdaşına xəsarət yetirib.

M.Hüseynov saxlanılıb. O, əməlini etiraf edib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *