Azərbaycan haqqında novellalar Fransada » AzNews.info -Xəbər portalı

Azərbaycan haqqında novellalar Fransada

Azərbaycan haqqında novellalar Fransada


Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, Fransanın Azərbaycandakı Səfirliyinin, Unibankın, Fransanın “Total” şirkətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və UFC şirkətinin dəstəyi ilə Fransada “NOUVELLES NOUVELLES D’AZERBAIDJAN” (“Azərbaycan haqqında yeni novellalar”) kitabı nəşr olunmuşdur.

AzNews.info-nun məlumatına görə, kitab tanınmış müasir fransız yazıçılarının müxtəlif sahələr üzrə mövzularda ölkəmizə səfər edərək yazdığı novellalardan ibarətdir. Novellalar Bakı, Sumqayıt şəhərləri ilə yanaşı, Qəbələ və Şəkiyə də həsr olunmuşdur.

Qeyd edək ki, bu novellalar Fransız yazıçı-səyyahların yeni nəzər nöqtəsinin nəticəsidir. Kitabda Azərbaycan multikultural ənənələrə malik, dünyəvi, tolerant ölkə olaraq tanıdılır və şərh edilir. Qeyd olunur ki, 2015-ci ildə 10 fransız yazıçı xəbər toplamaq üçün Azərbaycanda kəşfiyyatı öz üzərlərinə götürürlər və nəticədə müxtəlif novellalar yazılaraq kitab halına salınır.

Kitabda Azərbaycanın paytaxtı Bakı şəhəri labirintli küçələri, qalaları və futuristik qüllələri ilə bir sirli orta əsr şəhəri kimi tanıdılır.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *