“Şahdağ” Turizm Mərkəzində “Səyyar kitabxana” günü » AzNews.info -Xəbər portalı

“Şahdağ” Turizm Mərkəzində “Səyyar kitabxana” günü

“Şahdağ” Turizm Mərkəzində “Səyyar kitabxana” günü


25 avqust 2016-cı il tarixində “Şahdağ” Turizm Mərkəzində Qusar rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “Səyyar kitabxana” günü keçiriləcəkdir. Gün ərzində “Xarici ədəbiyyat”, “Uşaq dünyası”, “Qusarlı yazarlar”, “Yeni nəşrlər”, “Azərbaycanda multikulturalizm”, “Azərbaycan-turizm diyarıdır”, “Azərbaycanın Folklor Paytaxtı-Qusar 2016” və s. mövzularda kitab sərgiləri təşkil ediləcəkdir.

AzNews.info xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində istirahət edən turistlərin intellektual istirahəti, asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə təşkil olunacaq sərgidə 2000 nüsxədə kitab, jurnal, buklet, mütaliə və kitabı sevdirmə ilə bağlı müxtəlif təbliğat vasitələri nümayiş olunacaq. Mərkəzdə xarici turistlərin çox olmasını nəzərə alaraq kitablar üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim olunacaq. Qusar rayon Mədəniyyət və Turizm şöbəsi və Qusar rayon mərkəzi kitabxanasının əməkdaşları gün ərzində turistlərə kitab seçimində kömək edəcəklər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə həyata keçirdiyi “Mən oxudum, sən də oxu!” şüarı ilə həyata keçirilən və əsas məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, insanların mütaliəyə marağını artırmaq olan “Açıq kitabxana” layihəsi çərçivəsində keçirilən bu cür “Səyyar kitabxana” günləri bölgələrdə geniş marağa səbəb olmuşdur.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *