Azərbaycanda vertolyotlar satışa çıxarılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda vertolyotlar satışa çıxarılıb

Azərbaycanda vertolyotlar satışa çıxarılıb


Azərbaycanda vertolyotlar satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hərrac sentyabrın 14-də baş tutacaq.

Hərracda “Azərbaycan Hava Yolları” QSC-yə məxsus, 1991 və 1993-cü illərdə istehsal edilmiş “Mİ-8 MTV1” markalı 3 vertolyot satışa çıxarılacaq.

Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək (Zeynal Xəlil küçəsi 11). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *