Bu il 283 nəfər QİÇS-ə yoluxub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Bu il 283 nəfər QİÇS-ə yoluxub

Bu il 283 nəfər QİÇS-ə yoluxub


Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2016-cı ilin birinci yarımilliyi üzrə məlumat yayıb.

İİV-infeksiyası/QİÇS pandemiyası dünyada aparılan çoxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, inkişafını davam etdirməkdədir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir.

Məlumatda bildirilir ki, burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır.

Belə ki, 2016-cı ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 20,3%-i, 1987-2016-cı illər ərzində isə aşkar olunan halların 49,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

2016-cı ilin 6 ayı ərzində İİV-ə yeni yoluxma halları 283 təşkil etmişdir. Onlardan 276-ı (97,5%) Azərbaycan vətəndaşlarında, 7-i (2,5%) isə əcnəbilərdə aşkarlanmışdır. Qeydiyyata alınmış 276 yerli sakinlərdən 180-i (65,2%) kişi, 96-sı (34,8%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 86 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmişdir.

2016-cı ilin 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olmuşdur: 56 nəfər (20,3%) parenteral, 160 nəfər (58,0%) heteroseksual, 5 nəfər (1,8%) homoseksual kontakt nəticəsində, 4 nəfər (1,7%) şaquli yolla, 51 nəfərin (18,5%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2016-cı ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4955 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 3607-si (73,2%) kişi, 1348-i (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1798 nəfər.

İİV-lə yaşayan insanlardan 47,0%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 7,3 -də yoluxma yolu müəyyən edilməmişdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3240 İİV-lə yaşayan insan cəlb olunmuşdur.

01.06.2015-ci il tarixdən etibarən, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 6 ayı ərzində 69796 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 44 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənmişdir.

Əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin I yarım ili ərzində Mərkəzin əməkdaşlarının səyi ilə İİV/QİÇS bağlı maarifləndirmə işləri gücləndirmiş, orta və ali məktəblərdə şagirdlər və tələbələr üçün İİV-infeksiyasının profilaktikasına həsr olunmuş məruzə, seminar və təlimlər genişləndirmişlər. Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *