İmişlidə qəza: Ölən və yaralanan var » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

İmişlidə qəza: Ölən və yaralanan var

İmişlidə qəza: Ölən və yaralanan var


İmişlidə üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə İmişli şəhəri H.Əliyev prospektində baş verib.

Baş verən zəncirvari qəzada İmişli rayonu Aranlı kənd sakini, 1992-ci il təvəllüdlü Babaşov Tacir Azər oğlu, Beyləqan sakini, 1992-ci il təvəllüdlü Ansurov Vüqar Vüqar oğlu, İmişli rayonu Otuziki kənd sakini, 1989-cu il təvəllüdlü Muradov Elvin Etibar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdiriliblər.

“Mercedes” markalı avtomobilin sürücüsü İmişli rayon sakini, Quliyev Arif Zaur oğlu isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *