Azad Rəhimov: 6 ay ərzində ölkəmizdə 24 beynəlxalq yarış keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Azad Rəhimov: 6 ay ərzində ölkəmizdə 24 beynəlxalq yarış keçirilib

Azad Rəhimov: 6 ay ərzində ölkəmizdə 24 beynəlxalq yarış keçirilib


Oxu.Az xəbər verir ki, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunları öncəsi media nümayəndələri üçün keçirilən hesabat mətbuat konfransında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 6 ay ərzində ölkəmizdə 24 beynəlxalq yarış keçirilib, 102 beynəlxalq yarışda idmançımız iştirak edib. Bu vaxt ərzində 300 medal qazanılıb, onlardan 170-i olimpiya idman növündədir.

Nazir bildirib ki, Olimpiyadaya 56 nəfərdən ibarət olan komanda qatılacaq. Yığmamız Rio-de-Janeyroda Portuqaliya və Slovakiya komandaları ilə eyni binada qalacaq.

İdmançılarımız 18 idman növündə Olimpiyadada iştirak edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *