Gəncədə "İcma inkişafında gənclərin rolu" adlı layihə keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Gənclik

Gəncədə "İcma inkişafında gənclərin rolu" adlı layihə keçiriləcək

Gəncədə "İcma inkişafında gənclərin rolu" adlı layihə keçiriləcək


“Gəncə Avropa Gənclər Paytaxt 2016” İctimai Birliyi beynəlxalq təlim kursu həyata keçirəcəkdir

AzNews.info xəbər verir ki, 09-15 avqust tarixlərində 2016 Gəncə Avropa Gənclər Paytaxtı proqramı çərçivəsində beynəlxalq təlim kursu "İcma inkişafında gənclərin rolu" adlı layihə həyata keçiriləcəkdir. Bu layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəy ilə “Gəncə Avropa Gənclər Paytaxt 2016” İB-i tərəfindən həyata keçiriləcəkdir.

Təlim kursunun əsas məqsədi gənclərin qarşılaşdıqları çətinliklərin müzakirəsi həll yollarının seçilməsi, cəmiyyətdə fəal iştirakına görə onları həvəsləndirmək, onların ehtiyaclarını tapmaq həmçinin Avropa və Azərbaycanın ətraf regionlarında yaşayan gənclər arasında şəbəkələşmənin qurulmasndan ibarətdir.

Beynəlxalq layihə üçün 10 avropa ölkəsindən ümumilikdə 10 nəfər xarici,1 nəfər beynəlxalq təşkilatlarda bu sahə üzrə çalışan beynəlxalq ekspert və 10 nəfər yerli iştirakçının qatılması planlaşdırılır. Avropadan gəlmiş iştirakçılar həçinin Azərbaycanın zəngin tarixini,mədəniyyətini və təbiəti ilə də tanış olmaq şansı əldə edəcəklər.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *