Bakıda intihara cəhd edən iki qız xilas olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Bakıda intihara cəhd edən iki qız xilas olundu - YENİLƏNİB + FOTO

Bakıda intihara cəhd edən iki qız xilas olundu

Paytaxtda iki qız özlərini “Qaqarin körpüsü”ndən atacaqları ilə hədələyib.

Oxu.Az xəbər verir ki, bu barədə virtualaz.org-a hadisə şahidləri məlumat veriblər.

Şahidlərin sözlərinə görə, qızlarla aparılan danışıqlardan sonra onları intihar fikrindən daşındırmaq mümkün olub.

Bildirilir ki, hadisə yerinə xeyli sayda polis və FHN əməkdaşları cəlb olunub.

Hüquq-mühafizə orqanlarının hadisə yerində olan əməkdaşları məlumatı təsdiq etməyiblər və hadisə ilə bağlı hər hansı şərh verməkdən də imtina ediblər.

09:50

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin Cavanşir körpüsünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirməsi barədə məlumat daxil olub.

Oxu.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaşlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:47-də başa çatıb.
Bakıda intihara cəhd edən iki qız xilas olundu

Bakıda intihara cəhd edən iki qız xilas olundu

Bakıda intihara cəhd edən iki qız xilas olundu

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *