Şeyxin qudası oğluna yüksək vəzifə verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Şeyxin qudası oğluna yüksək vəzifə verildi

Şeyxin qudası oğluna yüksək vəzifə verildi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, eks-deputat, tanınmış iş adamı Hacı Qalib Salahzadənin oğluna vəzifə verilib.

Oxu.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.

Məlumatı təsdiq edən Haci Qalib Salahzadə oğlunun xeyli vaxtdır bu vəzifəyə təyin olunduğunu, İcra başçısı ilə yaxşı münasibətlərinin olduğunu bildirib.

“Bir çox saytlar yazır ki, guya mənim icra başçısı ilə münasibətlərim yaxşı deyil, bu, yalandır. İstəsəniz bu dəqiqə zəng edib Adil Vəliyevlə danışa bilərəm. Həmişə də telefonumu götürür. Mən sözün düzünü danışanam.

Bu danışığım hansısa satılmış, sifarişlə yazı yazanların xoşuna gəlmədiyi üçün belə məlumatlar yazırlar. Adil müəllimlə yaxşı münasibətim var. Oğlumun da istedadı var, savadı var, icra başçısı onu şöbə müdiri təyin edib”.

Qeyd edək ki, Əliabbas Salahzadənin 37 yaşı var. O, 21 yaşında Azərbaycanın ən gənc bələdiyyə (Bilgəh bələdiyyəsi) sədri olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *