Müəllimlər üçün ərizə qəbulu başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Müəllimlər üçün ərizə qəbulu başladı

Müəllimlər üçün ərizə qəbulu başladı

Bu gündən Azərbaycanda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müddətsiz müqavilə əsasında ixtisaslı müəllim kadrların işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb.

Oxu.Az xəbər verir ki, elektron ərizələrin qəbulu 1-17 iyul tarixlərində aparılacaq.

Müsabiqədə iştirak etmək istəyən namizədlər iyulun bu müddət ərzində elektron ərizə ilə miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *