Bağla

AzNews.info



Bölmə: Sosial

Müştərilərin kredit hesabları 20 aylıq minimuma enib

Müştərilərin kredit hesabları 20 aylıq minimuma enib

Azərbaycanda bank müştərilərinin hesabları ötən ilin eyni dövrü ilə müqayisədə 6,96% artaraq 2016-cı il mayın 1-nə 15 milyon 710 min 255 ədədə çatıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Report Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Müştəri hesablarının 12 milyon 498 min 286-sı və ya 79,56%-i cari, 2 milyon 791 min 766-sı və ya 17,77%-i kredit və 420 min 203-ü və ya 2,68%-i depozit hesablarının payına düşüb.

Cari hesabların 12 milyon 335 min 263-ü və ya 78,52%-i fiziki şəxslərə məxsusdur.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari hesablarda 12,06% artım, kredit hesablarında 10,39% azalma, depozit hesablarında 0,16% artım müşahidə olunub.

Müştərilərin kredit hesablarının sayı 2014-cü il sentyabrın 1-dən 2016-cı il mayın 1-dək qeydə alınan ən aşağı göstəricidir. 2014-cü il sentyabrın 1-nə kredit hesablarının sayı 2 milyon 794 min 467 ədəd təşkil edib.

Azərbaycanda bank müştərilərinin sayı ötən illin eyni dövrü ilə müqayisədə 266 min 394 və ya 5,05% artaraq cari il mayın 1-nə 5 milyon 540 min 57 nəfərə çatıb.

Mənbə: Oxu.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *