İlham Əliyev hərbçilər üçün inşa edilən binada yaradılan şəraitlə tanış olub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İlham Əliyev hərbçilər üçün inşa edilən binada yaradılan şəraitlə tanış olub

İlham Əliyev hərbçilər üçün inşa edilən binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilən binada yaradılan şəraitlə tanış olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevə raport verib.

Bildirilib ki, bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncama uyğun olaraq tikilib.

Yeni bina bir girişli olmaqla 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u iki otaqlı, 26-sı isə üç otaqlıdır.

Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı hərbiçilərlə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev hərbiçilərin bir qrupuna mənzillərin ordenlərini təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *