Tovuzda orta məktəb təhlükəli vəziyyətə düşüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Tovuzda orta məktəb təhlükəli vəziyyətə düşüb – VİDEO

Tovuzda orta məktəb təhlükəli vəziyyətə düşüb

Tovuzun Qovlar qəsəbəsində 2 saylı orta məktəb təhlükəli vəziyyətə düşüb.

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, valideynlər məktəb binasının qəzalı vəziyyətdə olmasından, günlərin bir günü uçmaq təhlükəsindən narahatdır.

Onlar bildiriblər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onların səsinə səs verən olmayıb.

İddia olunur ki, hər hansı bir fövqəladə vəziyyət baş versə, məktəbdə təhsil alan şagirdlərin və məktəbin müəllimlərinin həyatı üçün ciddi təhlükə yarana bilər.

Məsələ ilə bağlı rayon Təhsil Şöbəsinin məsul işçisi Fikrət Tağıyev bildirib ki, məktəbə baxış keçiriblər və müvafiq sənədləri qaydaya da salıblar.

Tovuz Rayon İcra Hakimiyyəti isə sualları cavablandırmaqdan imtina edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *