“Son zəng” şənliyində qız üstündə qan töküldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

“Son zəng” şənliyində qız üstündə qan töküldü - YENİLƏNİB

“Son zəng” şənliyində qız üstündə qan töküldü

İyunun 14-də Gədəbəy rayonunun Çaldaş kəndində keçirilən “Son zəng” tədbirində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı saxlanılan şəxslərin adları məlum olub.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə zamanı iki nəfəri bıçaqlamaqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və 1982-ci il təvəllüdlü Əli Məmmədov saxlanılıb.

Gədəbəy rayon Polis Şöbəsindən Trend-ə bildiriblər ki, hazırda hadisə ilə bağlı təhqiqat aparılsa da, fakta görə cinayət işi başlanmayıb. Hadisənin konkret hansı səbəbdən baş verdiyi də hələ məlum deyil.

12:06

Gədəbəydə “Son zəng” şənliyində kütləvi dava baş verib.

Oxu.Az Kəpəz TV-yə istinadən (Region TV) xəbər verir ki, rayonunun Çaldaş kəndində məktəbdənkənar ərazidə təşkil olunan “Son Zəng” şənliyində iki nəfər bıçaqlanıb.

Dava zamanı Yaşar və Röyal Nəbiyevlər bədənin müxtəlif nahiyyələrindən bıçaq xəsarətləri alıblar. Yaralılardan biri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, digəri Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Gəncədə müalicə alan 21 yaşlı Yaşar Nəbiyevin səhhəti orta-ağır qiymətləndirilir. 18 yaşlı Röyal Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsində əməliyyat olunub. Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata əsasən, şübhəli şəxs qismində 17 yaşlı Sərxan Tağıyev saxlanılıb.

İlkin məlumata görə, həmyerlilər arasında dava qız üstündə baş verib. Dava iştirakçıları mübahisə zamanı sərxoş olublar.

Faktla bağlı cinayət işi başlanıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *