Məcburi köçkünlərə şad xəbər: 7 mərtəbəli binalar tikilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Məcburi köçkünlərə şad xəbər: 7 mərtəbəli binalar tikilib

Məcburi köçkünlərə şad xəbər: 7 mərtəbəli binalar tikilib


Bərdə rayonunun Həsənqaya və Gərənə bələdiyyələrinin ərazisində məcburi köçkünlər üçün 588 ailəlik yeni məhəllənin inşası davam edir.

AzNews.info Lent.az-a istinadən məlumatına görə, tikintisi üçün 12,5 hektar ərazi ayrılan yeni yaşayış məhəlləsində hər biri 7 mərtəbəli olmaqla, 14 ədəd yaşayış binası inşa edilib. Binalardakı mənzillərin 98-i bir, 196-sı iki, 196-sı üç, 98-i dördotaqlıdır.

Hazırda binalarda döşəmə, kafel-metlax işləri aparılır, fasad hissələrə üzlük daşlar vurulur. 640 şagird yerlik məktəbin, 140 yerlik uşaq bağçasının, ATS-in, qazanxana binasının, elektrik xətləri üçün 3 ədəd yarımstansiyanın, mərkəzləşdirilmiş kanalizasiya sisteminin, su təchizatı obyektlərinin (2 ədəd 500 kubmetrlik içməli, 2 ədəd 100 kubmetrlik yanğın su anbarları, hovuz, sutəmizləyici qurğu, 1 kanalizasiya nasos, 2 nasos stansiyası) və məhəllədaxili yolların tikintisi aparılır. Burada, həmçinin yaşıllıqlar salınacaq, avtomobil parkları tikiləcək.

Hazırda inşaat işləri ilə 12 şirkət məşğul olur. Tikintidə 30-dan artıq texnika, 700-ə yaxın işçi çalışır.

Yaşayış məhəlləsində tikintinin gələn ilin fevral ayında başa çatdırılması nəzərdə tutulur.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *