Yolu dəyişən avtobuslar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Yolu dəyişən avtobuslar – SİYAHI

Yolu dəyişən avtobuslar


Bakıda 6 sərnişin avtobusunun hərəkət istiqamətlərində dəyişikliklər olub. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumatına görə, 23, 90, 95, 131, 168, 173 saylı avtobusların başlanğıc və son məntəqələri dəyişdirilib.

“Bakı Sərnişin Nəqliyyatı” MMC tərəfindən başlanğıc və son məntəqələrində dəyişiklik edilmiş marşrut xətlərinin siyahısı belə təşkil edir:

Əgər əvvəllər 23 saylı avtobus Y.Qasımov küçəsi 58, “Şuşa” yaşayış massivindən yola çıxıb, C.Naxçıvanski adına hərbi məktəbin yanında dayanırdı. Dəyişiklikdən sonra, avtobus Y.Qasımov küçəsi 58, “Şuşa” yaşayış massivindən başlayıb, Laçın Ticarət Mərkəzinn yanında dayanacaq.

90 saylı avtobus əvvəllər “Xətai” metrostansiyasından Biləcəri dəmir yol stansiyası istiqamətinə hərəkət edirdi. İndi həmin avtobus Fizulu meydanından Biləcəri dəmir yolu stansiyası istiqamətinə hərəkət edəcək.

95 saylı avtobus əvvəllər “Elmlər Akademiyası” metrostansiyasından “Həzi Aslanov” metrostansiyası istiqamətinə hərəkət edirdi. İndi isə həmin avtobus Fizulu meydanından “Həzi Aslanov” metorstansiyası istiqamətinə hərəkət edəcək.

131 saylı avtobus isə “Nəriman Nərimanov” metrostansiyasından Maştağa qəsəbəsi istiqamətində hərəkət edirdi. Dəyişiklikdən sonra 131 saylı avtobus “Ulduz” metrostansiyasında Maştağa qəsəbəsi istiqamətinə hərəkət edəcək.

168 saylı avtobus dəyişiklikdən əvvəl Maştağa qəsəbəsi Həsənbəy Zərdabi küçəsindən Sabunçu dəmir yolu stansitası istiqamətinə hərəkət edirdi. İndi isə həmin avtobus Maştağa qəsəbəsi Albalılıqdan Sabunçu dəmir yolu stansitası istiqamətinə hərəkət edəcək.

173 saylı əvvəllər avtobus “Qara Qarayev” metrostansiyasından Pirşağı qəsəbəsi istiqamətinə hərəkət edirdi. Dəyişiklikdən sonra həmin avtobus “Ulduz” metrostansiyasından Pirşağı qəsəbəsi istiqamətinə hərəkət edəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *