Sərxoş sürücünün yandırdığı maşınların fotoları » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Avto, Foto

Sərxoş sürücünün yandırdığı maşınların fotoları – FOTO

Sərxoş sürücünün yandırdığı maşınların fotoları


Ötən gecə Abşeron rayonunda Baş Dövlət Yol Polis İdarəsinin 15 saylı cərimə meydançasında avtomobil yanıb. Daha sonra yanan avtomobilin alovu digər 3 maşına keçib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Alovun digər avtomobillərə keçməsinin qarşısı alınıb.

Hadisənin dəqiq səbəbini öyrənmək üçün Musavat.com-un əməkdaşı həmin cərimə meydançasında olub.

Məlum olub ki, yanğın təsadüfən baş verməyib. Yol patrul xidməti əməkdaşlarının keçirdiyi reyd zamanı məlum “Kraysler” markalı avtomobilin sürücüsü Elnur adlı şəxs sərxoşdur. Onun avtomobili cərimə meydançasına gətirilib. Sürücü isə bununla razılaşmayıb.

Cərimə meydançasının əməkdaşlarının dediyinə görə, “Kraysler”in sürücüsü öz avtomobilini benzin tökərək yandırıb. Nəticədə onun öz avtomobilinə, eləcə də, “Mersedes”, “Mitsubişi” markalı digər avtomobillərə ciddi ziyan dəyib. “Ford” markalı yük maşını da qismən yanıb.

Hadisə ilə bağlı dərhal əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Sürücü saxlanılaraq, idarəyə aparılıb. Məlum olub ki, onun heç sürücülük vəsiqəsi də yoxdur və sərxoş halda qardaşına məxsus avtomobili idarə edib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, baş verən hadisəyə görə cərimə meydançası heç bir məsuliyyət daşımır. Çünki anlaqsız vəziyyətdə olan sürücü polis əməkdaşlarını aldadaraq avtomobildən şəxsi əşyalarını götürmək üçün icazə istəyib. Ancaq o şüşə qabdakı yanacağı avtomobilinin üzərinə töküb və nəqliyyat vasitəsinə od vurub.

Sərxoş halda öz avtomobilinə od vuran şəxs barəsində Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Sərxoş sürücünün yandırdığı maşınların fotoları
Sərxoş sürücünün yandırdığı maşınların fotoları
Sərxoş sürücünün yandırdığı maşınların fotoları
Sərxoş sürücünün yandırdığı maşınların fotoları

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *