“Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” mövzusunda konfrans keçirilib. » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” mövzusunda konfrans keçirilib.

“Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” mövzusunda konfrans keçirilib.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə “Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” mövzusunda konfrans keçirib.

AzNews.info xəbər verir ki, konfransda DQİDK-nın sədri Mübariz Qurbanlı, QHT Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Milli Məclisin vitse-spikeri Bahar Muradova, QMİ-nin Aparat rəhbəri Simran Həsənov, QHT sədrləri, dini icma rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, konfransın keçirilməsində əsas məqsəd din sahəsində həyata keçirilən siyasəti cəmiyyətə daha geniş formada çatdıra bilməkdir. Ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə böyük əhəmiyyət verilir. Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar bu siyasətin əsas istiqamətlərini müəyyən edir. Azərbaycanda vətəndaş cəmiyyəti mövcuddur və bu institutun olması cəmiyyətdəki insan azadlıqlarının təmin olunması deməkdir. Vətəndaş cəmiyyəti institutları dövlət-din münasibətlərinin, milli-mənəvi dəyərlərin təbliği, eləcə də ictimaiyyətlə əlaqələrin qurulmasında çox böyük rol oynayır.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev vurğulayıb ki, konfrans dövlət-din münasibətlərinin vətəndaş cəmiyyətində rolunun müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Din dövlətdən ayrı olsa da, dini cəmiyyətdən ayırmaq mümkün deyil. Vətəndaş cəmiyyətində bütün azadlıqlar, o cümlədən din və vicdan azadlığı təmin olunur. Azərbaycanda uzun əsrlərdən bəri formalaşmış milli və dini tolerantlıq hökm sürür. Bəzi hallarda bu mühitə zərər vurmağa çalışan qüvvələr olur. Vətəndaş cəmiyyəti bu məsələdə diqqətli olmalıdır. Azərbaycanda inanclı insanların dini mərasimlərinin icrasına, dövlətin din siyasətinin həyata keçirilməsinə mane olmaq istəyən qüvvələrə imkan verilməməlidir.
Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət, onun ayrı-ayrı aspektləri ilə bağlı görülən işlər uğur qazanmaya bilməz. Azərbaycan dövləti vətəndaş cəmiyyəti institutları və dini icmaların fəaliyyətinin sərhədləri və məsuliyyətlərini açıq şəkildə müəyyən edib. Dini icmalar dünyəvi qanunlarla dinimizi və milli-mənəvi dəyərlərimizi təbliğ etməlidirlər. Bahar Muradova bildirib ki, bizim ən böyük nailiyyətimiz Azərbaycan dövlətidir və biz onu qorumalıyıq.
DQİDK-nın Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Nicat Məmmədli "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda slayd təqdimatla çıxış edib. Çıxışda Nicat Məmmədli dövlət-din münasibətlərinin formalaşdırılmasının əsasları, bununla bağlı mövcud nəzəriyyələr və başqa dövlətlərin təcrübəsi haqqında məlumat verib.
Tədbirdə QMİ-nin Aparat rəhbəri Simran Həsənov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, vətəndaş cəmiyyətinin formalaşmasında dini qurumlarla qarşılıqlı əlaqələrdən danışıblar. Qeyd olunub ki, Azərbaycanda tolerant mühit mövcuddur və vətəndaş cəmiyyəti ilə əlaqələrin inkişafı din və milli-mənəvi dəyərlərin təbliği və maarifçilik işinin aparılması üçün sağlam mühit yaradacaqdır.
Konfransda QHT və dini icma üzvlərinin iştirakı ilə milli-mənəvi və dini dəyərlərin təbliğində vətəndaş cəmiyyəti institutlarının rolu məsələləri müzakirə olunub.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında birgə əməkdaşlıq haqqında "Anlaşma Memorandumu" imzalanıb.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *