164 nəfər nazirlikdə işə düzəldi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

164 nəfər nazirlikdə işə düzəldi

164 nəfər nazirlikdə işə düzəldi


Vergilər Nazirliyinə işə qəbulla bağlı müsabiqə başa çatıb.

Nazirliyin Analitik informasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 1936 nəfərdən 1717-nin sənədləri qəbul olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birgə təşkil olunmuş test imtahanında 1373 nəfər iştirak edib. İmtahanda iştirak edən namizədlərdən 289 nəfəri - 70 və daha yüksək bal toplayaraq növbəti mərhələyə - müsahibəyə buraxılıb.

Namizədlər Vergilər Nazirliyinin müsabiqə komissiyası tərəfindən təşkil olunan müsahibədə iştirak edib. 164 nəfər gənc bu mərhələni də uğurla başa vuraraq vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə ediblər. Dövlət vergi orqanlarına işə qəbul məqsədilə keçirilmiş müsabiqənin müsahibə mərhələsini müvəffəqiyyətlə başa vurmuş namizədlərin siyahısı (imtahan balı sırası ilə) Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) dərc edilib.

İndiyədək keçirilmiş 9 müsabiqə nəticəsində vergi xidmətinə 1000 nəfərdən çox gənc işə qəbul olunub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *