Gecələr sahibsiz itlər təhlükə yaradır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

Gecələr sahibsiz itlər təhlükə yaradır – FOTO

Gecələr sahibsiz itlər təhlükə yaradır


Xaçmazın Xudat şəhərində gecələr sahibsiz küçə itləri meydan sulayır. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Xudatda gecə saatlarında bir neçə addım atmaq kifayətdir ki, bu sahibsiz heyvanlara rast gəlinir. Adətən sürü halında gəzən yiyəsiz itlər hər an insanlara təhlükə yaradır.

Sakin Rəşad Ağaşirinov deyir ki, gecə və gündüz saatlarında Xudat şəhərində müşahidə olunan itlər nəinki insanlar üçün, sürücülər üçün də təhlükə yaradır.

Digər sakin Harun Mirzəyevin sözlərinə görə, gecə evə gələrkən bir də görürsən ki, arxanca 10 dənə,15 dənə it hürə-hürə gəlir. Mümkün deyil, itlərin əlindən məhlədə gəzmək

Nəzərə alsaq ki, sahibsiz itlərin hər biri quduzluq xəstəliyinin daşıyıcısı ola bilər, onda vəziyyətin mürəkkəbləyini təsəvvür eləmək çətin deyil.

Xudat şəhər xəstəxanasından aldığımız məlumatdan belə nəticə çıxır ki, təkcə bir il ərzində 65 nəfər it tutduğuna görə, xəstəxanaya gətirilib. Onlardan 15 nəfəri may ayında itlərin hücumuna məruz qalıb.

Xudat icra nümayəndəliyində də sahibsiz küçə itlərinin təhlükə mənbəyi olması təsdiqlədilər. Buradan dedilər ki, bu heyvanlar əvvəlllər zərərsizləşdirilsə də, heyvanları qoruyan ictimai təşkilatların narazılığı ilə müşayiət olunduğundan proses son vaxtlar dayandırılıb. Lakin rayonlarda da belə ictimai təşkilatlar fəaliyyət göstərsəydi, sahibsiz itləri küşələrdən yığışdırmaq olardı.

Gecələr sahibsiz itlər təhlükə yaradır
Gecələr sahibsiz itlər təhlükə yaradır
Gecələr sahibsiz itlər təhlükə yaradır
Gecələr sahibsiz itlər təhlükə yaradır

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *