Bakıda bu yol bağlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bakıda bu yol bağlandı

Bakıda bu yol bağlandı


Bakının məşhur prospektində avtomobillərin hərəkəti dayandırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" MMC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, bu gecə saat 00:00-dan etibarən Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsində yol bağlanıb.

Yolun bağlanmasına səbəb aparılan tikinti işləridir.

Tikinti işlərilə əlaqədar 4 gün müddətinə nəqliyyatın hərəkəti dayandırılacaq.

Prospektin Böyük Şor yol qovşağından 20 yanvar və Qələbə kinoteatrı qarşısındakı dairə istiqamətinə olan hissəsi isə nəqliyyatın hərəkəti üçün tam açıq olacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *