Milli Məclisin danışmayan, illərdi susan deputatlarının » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Milli Məclisin danışmayan, illərdi susan deputatlarının - ADLARI

Milli Məclisin danışmayan, illərdi susan deputatlarının

Dövlətin idarə olunmasında 3 əsas qurumdan biri olan ölkənin qanunverici orqanı Milli Məclisdə xalqı təmsil edən 125 millət vəkili var. Altını cızaraq qeyd etməyi vacib hesab edirik ki, deputatların hər biri yalnız təmsil etdikləri seçicilərinin səsini deyil, eyni zamanda, yeri gələndə bütün xalqı təmsil edən ictimai-siyasi fiqurlardır. Onlar ən xırdasından tutmuş ən böyüyüədək milləti narahat edən, ağrıdan bütün məsələlərdə hər gün danışmağa, aktiv, fəal olmağa borculudurlar.Bu, onların həm millət vəkili, həm vətəndaş, həm də bir ictimai-siyasi xadim kimi ən ümdə borclarıdır.


AZXEBER.COM-un mahiyyətindən söz açdığımız məsələ ilə bağlı apardığı araşdırmasını oxuculara təqdim edirik.

Hər səhər günümüzə mətbuatın səhifələrinə göz gəzdirməklə başlayırıq. Mübaliğəsiz deyə bilərik ki, medianın daha çox yer ayırdığı kəslər deputatlar sayıla bilər. Siyasi, ictimai, sosial, insan haqları, media, mədəniyyət və hətta mətbəx məsələləri ilə də bağlı deputatların fikirlərinə mətbuat nümayəndələri gen-bol yer ayırırlar. Amma danışan, səsləri hər zaman eşidilən deputatlar da var, əksinə, heç danışmayan, səsləri, ünləri eşidilməyən deputatlar da var. Hansı ki, şişirtmədən qeyd edə bilərik ki, bu millət vəkillərini yəqin ki, seçildikləri dairələrdə yaşayan seçicilərindən başqa tanıyan barmaqla sayılacaq qədər insan var. Niyə?

Birincisi, ona görə ki, susan, danışmayan deputatlar Milli Məclisin iclaslarında aparılan müzakirələrdə demək olar ki , ağızlarına su alıb otururlar, danışmırlar, passivlik nümayiş etdirirlər.

İkincisi, susan, danışmayan deputatlar parlament divarları arasında gedən müzakirələrdən başqa mətbuatla əlaqələrində də passivdirlər. Bu isə onu deməyə əsas verir ki, onlar mətbuatla əlaqələrini qurmayıblar, (bunu yaxşı mənada qura bilməyiblər də deyə bilərik – red.).

Üçüncüsü, susan, danışmayan deputatlar parlament və mətbuatın tribunasından başqa, təşkil olunan, keçirilən ictimai-siyasi müzakirələrdə, debatlarda, diskussiyalarda, fikir mübadilələrində də görünmürlər, gözə dəymirlər, onların bu toplantılarda səsləri eşidilmir. Niyə? Çox sadə bir məntiqlə cavab verək ki, çünki onlar bu tədbirlərə qatılmırlar, o plemiakalarda iştirak etmirlər. Bu sözügedən məqamın üzərində indi baş sındırmadan keçək başqa mətləbə. Ona görə ki, bu məsələ başqa bir müzakirənin mövzusudur.

Dördüncüsü, susan, danışmayan deputatlar özlərini şəxsi deyil, ictimaiyyətin maraq dairəsində olan, cəmiyyətin siyasi, ictimai, sosial sifarişli problemlərindən də çox uzaqda tuturlar. Bu xarakterli məsələlərin müzakirəsində onlar nəinki müzakirələrin aktiv iştirakçısı deyil, hətta passiv iştirakçısı timsalında belə görünmürlər. Niyə? Hesab edirik ki, bu sual cavabı axtarılan suallardandır.

İndi isə dəyərli oxucularımıza danışan və danışmayan deputatlarımızın siyahısını təqdim edirik. Düşünürük ki, bəlkə bu sətirləri oxuduqdan sonra adları qeyd olunan susan, danışmayan deputatlar insafa gəlib ağızlarındakı suyu udub danışdılar.

Milli Məclisin 11 komitəsində təmsil olunan hörmətli deputatlarımızın aktiv və passivlərinin adlaırnı açıqlayırıq:

Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi -

Komitədə 10 deputat təmsil olunur. Onlardan 5 millət vəkili - sədr Əli Hüseynli, üzvlər - Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Azay Quliyev və Fəzail Ağamalıdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Madər Musayev

Rafael Cəbrayılov

Rövşən Rzayev

Sabir Hacıyev

Ülvi Quliyev

Təhlükəsizlik və Müdafiə Komitəsi

Komitədə təmsil olunan 12 deputat təmsil olunur. Onlardan 7 millət vəkili – sədr Ziyafət Əsgərov, üzvlər - Adil Əliyev, Aqil Abbas, Aydın Mirzəzadə, Bəxtiyar Sadıqov, Siyavuş Novruzov, Zahid Orucdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Elman Məmmədov

Fərəc Quliyev

Hacı Salayev

Xanlar Fətiyev

Əliağa Hüseynov

Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitəsi

Komitədə təmsil olunan 10 deputat təmsil olunur. Onlardan 5 millət vəkili – sədr Valeh Ələsgərov, üzvlər - Elton Məmmədov, Fuad Muradov, Rövnəq Abdullayev, Etibar Hüseynovdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Fərhad Qəribov

Hüseynbala Mirələmov

Malik Həsənov

Mirkazım Kazımov

Muxtar Babayev

Yeri gəlmişkən qeyd edək ki, bu komitədə sədr də daxil olmaqla hətta adını aktiv göstərdiyimiz deputatlar da bir çox hallarda passiv görünürlər.

İqtisadi Siyasət Komitəsi

Komitədə təmsil olunan 14 deputat təmsil olunur. Onlardan 3 millət vəkili – sədr Ziyad Səmədzadə, üzvlər - Vahid Əhmədov, Əli Məsimlidən başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Arif Alışanov

Aslan Cəfərov

Ayaz Orucov

Ağalar Vəliyev

Cavid Qurbanov

Rüfət Quliyev

Səttar Möhbalıyev

Xanhüseyn Kazımlı

Çingiz Əsədullayev

İlham Əliyev

Əsabil Qasımov

Aqrar Siyasət Komitəsi

Komitədə 9 millət vəkili təmsil olunur. Bu komitədəki deputatlar demək olar ki, susan, danışmayan deputatlar sırasına aiddir.

1. Eldar İbrahimov

2. Arif Əşrəfov

3. Eldar Quliyev

4. Mahir Aslanov

5. Nazim Fərəcov

6. Novruzəli Aslanov

7. Tahir Süleymanov

8. İqbal Məmmədov

9. Ərəstun Cavadov

Sosial Siyasət Komitəsi

Komitədə 10 deputat təmsil olunur. Onlardan 3 millət vəkili – sədr Hadı Rəcəbli, üzvlər - Elmira Axundova, Məlahət İbrahimqızıdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Musa Quliyev

Rauf Əliyev

Sevinc Hüseynova

Sədaqət Vəliyeva

Yaqub Mahmudov

İlham Məmmədov

Əhliman Əmiraslanov

Regional Məsələlər Komitəsi

Komitədə 8 deputat təmsil olunur. Onlardan 2 millət vəkili – sədr Arif Rəhimzadə, üzv - Fəttah Heydərovdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Amma qeyd etmək istəyirik ki, adlarını çəkdiyimiz bu 2 millət vəkili də bir çox hallarda passivlik nümayiş etdirirlər.

Azər Badamov

Fəzail İbrahimli

Mixail Zabelin

Qalib Salahzadə

Rüstəm Xəlilov

Tahir Rzayev

Elm və Təhsil Komitəsi

Komitədə 13 deputat təmsil olunur. Onlardan 4 millət vəkili – sədr Şəmsəddin Hacıyev, üzvlər - Abel Məhərrəmov, Musa Qasımlı, Bəxtiyar Əliyevdən başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Aqiyə Naxçıvanlı

Asəf Hacıyev

Ağacan Abıyev

Gövhər Baxşəliyeva

Gülçöhrə Məmmədova

Kamilə Əliyeva

Rafiq Məmmədhəsənov

İsa Həbibbəyli

Əhməd Vəliyev

Mədəniyyət Komitəsi

Komitədə 7 deputat təmsil olunur. Onlardan 2 millət vəkili – sədr Nizami Cəfərov, üzv - Rafael Hüseynovdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Jalə Əliyeva

Leyla Abdullayeva

Sahibə Qafarova

Zeynəb Xanlarova

İmamverdi İsmayılov

Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi

Komitədə 13 deputat təmsil olunur. Onlardan 8 millət vəkili – sədr Səməd Seyidov, üzvlər - Mehriban Əliyeva, Asim Mollazadə, Aydın Abbasov, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Rasim Musabəyov, Sahib Alıyev, Sabir Rüstəmxanlıdan başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Azər Kərimli

Cavanşir Feyziyev

Elxan Süleymanov

Sevinc Fətəliyeva

İnsan Hüquqları Komitəsi

Komitədə 11 deputat təmsil olunur. Onlardan 4 millət vəkili – sədr Rəbiyyət Aslanova, üzvlər - Fazil Mustafa, İlyas İsmayılov, İqbal Ağazadədən başqa adları yer alan deputatlar susan, danışmayan deputatlar sırasına aiddir.

Astan Şahverdiyev

Aytən Mustafayeva

Cavanşir Paşazadə

Flora Qasımova

Nəriman Əliyev

Yevda Abramov

İsmayıl Hacıyev

Nəticə olaraq bildiririk ki, parlamentdə susan, danışmayan deputatların sayı 74-dür.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *