Azadlıq prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Azadlıq prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Azadlıq prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır


Aparılan təmir işləri ilə əlaqədar 30 aprel tarixindən etibarən Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsində yerləşən avtomobil tunelinin girişindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsində bir istiqamət üzrə ( M.Ə.Rəsulzadə qəsəbəsinə doğru olan istiqamət ) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır.

Bu barədə Oxu.Az-a “Azəravtoyol”dan bildiriblər.

Məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək tətbiq olunacaq.

Bu müddət ərzində sürücülərdən xahiş olunur ki, mümkün qədər hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçsinlər.

Qeyd edək ki, əks istiqamətdə üzrə, yəni Azadlıq prospektindən Ziya Bünyadov prospektinə doğru isə avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir məhdudlaşdırma tətbiq edilmir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *