Azərbaycanda daha bir yol polisinin üstünə maşın sürdülər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Azərbaycanda daha bir yol polisinin üstünə maşın sürdülər

Azərbaycanda daha bir yol polisinin üstünə maşın sürdülər


Gəncədə yol polisi əməkdaşı xidmət apararkən sürücü tərəfindən avtomobillə vurulub.

AzNews.info xəbər verir ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gəncə şəhər baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi Əlahiddə yol-patrul xidməti bölüyünün yol patrul xidməti inspektoru, 1985-ci il təvəllüdlü Vüsal Bayramov raportla Nizami rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, xidməti avtomobili ilə Müseyib Bağırov və Vaqif küçələrinin kəsişməsində xidmətdə olarkən adı sonradan məlum olan şəhər sakini, 1990-cı il təvəllüdlü Turqut Xəlilovun “Mersedes E 200” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğunu görüb və avtomobili saxlamaq istəyib.

Sürücü T.Xəlilov ona tabe olmayaraq yol polisi əməkdaşını təhqir edib, qəsdən avtomobili onun üzərinə sürərək sağ və sol diz nahiyəsindən xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *