Şəhərin şimal girişi qismən bağlanacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Şəhərin şimal girişi qismən bağlanacaq

Şəhərin şimal girişi qismən bağlanacaq

Bakının şimal girişində hərəkət qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, 18 aprel axşam saat 22:00-dan 19 aprel səhər saatlarınadək paytaxt Bakının şimal girişində, daha dəqiqi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avomobil yolunun şəhərə doğru olan istiqamətində, Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında təmir-bərpa işləri aparılacaq.

Təmir-bərpa işləri yolun sağ kənar iki hərəkət zolağında aparılacaq. Bu üzdən həmin zolaqlarla avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Avtomobil yolunun sol kənar iki hərəkət zolağı ilə isə avtonəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Bakı şəhərinə doğru istiqamətdə olan avtonəqliyyat vasitələri həmin iki hərəkət zolaqları ilə maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər.

Təmir-bərpa işləri zamanı yarana biləcək müvəqqəti narahatlığa görə “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *