Bağla

AzNews.info



ATMU-da "Erməni yalanları" adlı tədbir keçirilib – FOTO

ATMU-da "Erməni yalanları" adlı tədbir keçirilib


Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Erməni yalanları” mövzusunda “dəyirmi masa” keçirilib.

AzNews.info xəbər verir ki, Universitetin rektoru, professor Cəfər Cəfərov son 20 ildən artıq dövrdə torpaqlarımızın 20 faizdən çoxunu işğal etmiş ermənilərin ölkəmizə və xalqımıza qarşı təcavüzkar siyasətindən danışıb. Bildirib ki, mənfur düşmənlərimiz tarixi saxtalaşdırmaqla özlərini bu regionun aborigen əhalisi kimi qələmə verməyə çalışır, qədim Azərbaycan mədəni-tarixi abidələrini öz adlarına çıxırlar. Erməni yalanlarının ifşası istiqamətində mühüm tədbirlərin keçirilməsini, tədqiqatların aparılımasını zəruri sayan rektor onu da qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövləti öz tarixinə və keçmişinə, mədəniyyətinə sahib çıxır.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Məmmədov ermənilərin zaman-zaman ərazilərimizə, tariximizə və mədəniyyətimizə qarşı iddialar səsləndirdiyini, özlərini bu regionda tarixən yaşamış xalq qismində qələmə vermək üçün min bir yalana əl atdıqlarını bildirib.

Alim, həmçinin ermənilərin bu regionda yerləşdirilməsi ilə bağlı apardığı tədqiqatlarından danışıb, əldə etdiyi tarixi faktları diqqətə çatdırıb.

H.Məmmədov bildirib ki, müasir Azərbaycan dövləti öz milli keçmişinə sahib çıxır, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi ətrafında çıx birləşən xalıqımız mənfur ermənilərə qarşı qətiyyətli mübarizə aparır: "Ermənilərin törətdiyi soyqırımları Azərbaycan xalqının qan yaddaşıdır. Bu gün xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycan torpaqlarına, tarixi keçmişimizə iddia edən, ölkəmizə qarşı informasiya müharibəsi aparan mənfur düşmənlərə layiqli cavab verir.

Digər çıxış edənlər də aparılan tədqiqatların vacibliyini vurğulayıblar. Qeyd edilib ki, erməni yalanlarını ifşa edən belə faktlar cəmiyyətə yaxından tanıdılmalı, bununla bağlı kütləvi tədbirlər təşkil edilməlidir.

Tədbir müzakirələrlə davam etdirilib.

ATMU-da "Erməni yalanları" adlı tədbir keçirilib
ATMU-da "Erməni yalanları" adlı tədbir keçirilib

Mənbə: AzNews.info

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *