Azərbaycanda siqaret çəkən xanım deputatlar kimlərdir? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda siqaret çəkən xanım deputatlar kimlərdir?

Azərbaycanda siqaret çəkən xanım deputatlar kimlərdir?

Siqaretin insan sağlamlığına zərəri haqqında çox danışılır. Bir-birinin ardınca maarifləndirici sosial çarxlar, reklamlar hər gün müxtəlif yerlərdə, məkanlarda gözlərimizin önündə sıralanır. Bu azmış kimi, hələ üstəlik siqaret çəkilməsinə son illərdə qanun çərçivəsində qadağalar da qoyulub. Cəzalar müəyyən olunub.

Amma buna baxmayaraq, statistik göstəricilərə görə, əhali arasında siqaret çəkənlərin sayı durmadan artmaqdadır. Əldə etdiyimiz məlumata görə, hətta xanım millət vəkillərinin arasında da siqaret çəkənlər var.

AZXEBER.COM bu məlumatın izi ilə bəzi xanım millət vəkilləri arasında sorğu aparıb.

Millət vəkili Aqiyə Naxçıvanlı açıqlamasında bildirdi ki, siqaretin insan sağlamlığına çox zərəri olduğu üçün siqaret çəkməyə pis baxıram: “Qadının siqaret çəkməsinə isə çox pis baxıram. Bu qadına yaraşmayan bir şeydir. Xanımdan siqaret iyi gəlirsə, onların kişilərdən fərqli cəhəti nə oldu? Qadından ətir iyi gəlməlidir”.

Xanım millət vəkilləri arasında siqaret çəkənlərin olması barədə suala isə müsahibimin cavabı belə oldu: “Bu barədə məlumatım yoxdur”.

Millət vəkili Kamilə Əliyeva sualımıza cavab olaraq bildirdi ki, xanım və ya kişi olmasından asılı olmayaraq siqaretin insan səhhətinə zərərini vurğulayaraq bunun əleyhinə olduğunu söylədi. Qadınların bu məsələdə daha həssas olmasını qeyd edən müsahibim siqaretin xanımların sağlamlığına vurduğu fəsadların ciddi olduğunu dedi: “Qadın anadır həm də. Bunu bütün xanımlar diqqətdə saxlamalıdırlar. Xanımın siqaret çəkməsinə çox pis baxıram”.

Xanım millət vəkillərinin arasında siqaret çəkənlərin olması barədə suala isə müsahibimin cavabı belə oldu: “Bu barədə məlumatsızam”.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *