Hindistanda yanğın: 80 ölü, 250 yaralı » AzNews.info -Xəbər portalı

Hindistanda yanğın: 80 ölü, 250 yaralı

Hindistanda yanğın: 80 ölü, 250 yaralı


Hindistanın Kerala ştatında yerləşən məbəddə baş vermiş güclü yanğın nəticəsində 80 nəfər ölüb, daha 250 nəfər isə yaralanıb.

Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə məlumatı “India Today” nəşri yayıb.

Məlumata əsasən, yanğın Kollam şəhərində yerləşən məbəddə yerli vaxtla 03.30-da (Bakı vaxtı ilə 02.30-da) baş verib.

İlkin məlumata görə, yanğına səbəb dini ayinlərin keçirilməsi zamanı fişənglərin partladılması olub.

Yerli mətbuat hadisə nəticəsində məbədin tamamilə uçduğunu qeyd edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *