Azərbaycan Xalça Muzeyində “Bahar ilmələri” adlı bayram tədbiri keçirilib » AzNews.info -Xəbər portalı

Azərbaycan Xalça Muzeyində “Bahar ilmələri” adlı bayram tədbiri keçirilib – FOTO

Azərbaycan Xalça Muzeyində “Bahar ilmələri” adlı bayram tədbiri keçirilib


Martın 15-də Azərbaycan Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsi milli bayramımız olan Novruzun gəlişi munasibəti ilə “Bahar ilmələri” adlı bayram tədbir təşkil edib.

AzNews.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Xalça Muzeyinin direktoru Şirin xanım Məlikova Novruz bayramı münasibəti ilə qonaqları təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb: “Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib”.

Sonra “Uşaq muzeyi” şöbəsinin müdiri Azər Abdullayev cıxış edərək Novruz bayramı münasibətilə mərasim iştirakçılarını təbrik edib. “Novruz Azərbaycan xalqının ən qədim el bayramı, milli birliyimizin təcəssümüdür. Xalqımız Novruz bayramını qeyd etməklə, həm də öz tarixi keçmişinə, milli dəyərlərinə bağlılığını nümayiş etdirir”.

“Bahar ilmələri” adlı bayram tədbirində Avropa liseyinin rəqs kollektivinin ifasında “Yallı”, “Bayram” suitası, “Azərbaycan ritmləri” rəqs kollektivinin uşaqları tərəfindən “Uzun dərə”, “Üzüm” rəqsi, “Bayram suitası” rəqs çıxışları, Azərbaycan Kukla Teatrının “Oyuq” studiyasının vokal qrupunun ifasında kompozisiya nümayiş olunub. Həmçinin “Mehriban vokal və rəqs” qrupu üzvləri “Nuş olsun”, popuri “Almanı atdım xarala”,popuri “Bakı əziz şəhər”, “Anam mehribanım Azərbaycan”, “Novruz gəlir, yaz gəlir”, “Tello”, “Habbo- Hana”, “Bənövşə”, “Yaşa Azərbaycan”, “Qurban olum Azərbaycan” mahnıları və “Səməni”, “Tıq- tıq xanım”, “Çobanlar”, “Bayram”, “Odlar Yurdu” kompozisiya rəqsləri ilə çıxış ediblər.
Uşaqları əyləndirmək məqsədi ilə “Can bala” qrupunun ifasında popuri mahnıları, “Uşaq muzeyi” şöbəsinin əməkdaşlarının iştirakı ilə “Haxışta”, xalq deyimləri adət ənənələrimizin səhnəcik halında nümayişi (xına ilə uşaqların əllərinə ornamentlərin çəkilməsi, üzük falı, S hərfi ilə 7 nemətlərin düzülməsi), həmçinin şöbənin rəsm dərnəyi üzvlərinin “Bahar ilmələri” rəsm sərgisi nümayiş etdiriblər. Eyni zamanda tədbirdə muzeyin uşaq teatrının “Tıq-tıq xanım” tamaşası da təqdim olunub.
Sonda şöbənin əməkdaşları tərəfindən “Novruz naxışları” adlı “Naxışlar aləminə səyahət” (milli geyim növləri, xalça elementləri təsvir olunmuş rəngləmə vərəqləri) və “Face-art” (Novruzun atributlarının əl və üzə çəkilməsi) xidməti göstərilib.

Azərbaycan Xalça Muzeyində “Bahar ilmələri” adlı bayram tədbiri keçirilib
Azərbaycan Xalça Muzeyində “Bahar ilmələri” adlı bayram tədbiri keçirilib
Azərbaycan Xalça Muzeyində “Bahar ilmələri” adlı bayram tədbiri keçirilib

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *