Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi keçiriləcəkdir » AzNews.info -Xəbər portalı

Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi keçiriləcəkdir

Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi keçiriləcəkdir


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Zəlimxan Yaqubun aşıq sənətinin inkişafında və gənclərdə bu sənətə marağın gücləndirilməsində böyük xidmətləri olmuşdur.

AzNews.info xəbər verir ki, bədii yaradıcılığa orta məktəb illərindən başlamış Z.Yaqubun dahi gürcü şairi Ş.Rustaveliyə həsr etdiyi ilk şeiri 1966-cı ildə Bolnisi rayonunun “Qamardjvebis droşa” (“Qələbə bayrağı”) qəzetində nəşr olunmuşdur. 1983-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilmişdir. 1995 - 2005-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olduğu 10 il ərzində Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun üzvü kimi geniş ictimai fəaliyyətlə məşğul olmuşdur.

Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərinə, geniş ictimai fəaliyyətinə görə 50 yaşında Azərbaycanın “Şöhrət”, gürcü və Azərbaycan xalqları arasında dostluq və mədəni əlaqələr sahəsində apardığı uğurlu işlərə görə Gürcüstanın “Şərəf” ordenlərinə, 55 yaşında “Xalq şairi” fəxri adına və Prezident təqaüdünə layiq görülmüşdür.

2008-2016-cı illərdə Azərbaycan Aşıqlar Birliyinin sədri olmuş xalq şairi Azərbaycanda nəşr olunmuş və eləcə də müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir.

YUNESKO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısı”na daxil edilmiş aşıq sənətinin inkişafında müstəsna xidmətləri olan müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, aşıq sənətinin tarixini, nəzəri əsaslarını, aşıq havalarının incəliklərini, klassik aşıqlarımızın yaradıcılığını, dastanlarımızı bilən və təbliğ edən xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun 03 mart 2016-cı il tarixində saat 19.00-da Heydər Əliyev Sarayında xatirə gecəsi keçiriləcəkdir.

Tədbirdə Azərbaycanın məşhur incəsənət ustaları, şairlər, aşıqlar, alimlər, ictimai xadimlər, habelə Türkiyə və İranın tanınmış aşıqları iştirak edəcəklər.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *