Birinci Türkoloji Qurultayın 90 illik yubileyi keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Tarix

Birinci Türkoloji Qurultayın 90 illik yubileyi keçiriləcək

Birinci Türkoloji Qurultayın 90 illik yubileyi keçiriləcək


Azərbaycan Prezidenti İlham Əliyev Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, 2016-cı ildə Bakı şəhərində Birinci Türkoloji Qurultayın keçirilməsinin 90 illiyi tamam olur.

Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasına Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *