DİN-in əməliyyatı: » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

DİN-in əməliyyatı: - 5 nəfər saxlanıldı

DİN-in əməliyyatı:

Daxili İşlər Nazirliyindən Trend-ə bildiriblər ki, belə ki, vətəndaşlardan daxil olan müraciətlər və əməliyyat məlumatları əsasında Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının noyabrın 21-də həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olan 5 Hacıqabul sakini saxlanılıb. Onların 4-ü əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış zamanı ümumilikdə 1,7 kiloqrama yaxın ağır növ narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq götürülüb.

Göstərilən faktlarla bağlı cinayət işi başlanılıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *