Bakıda kütləvi dava: Polislər yaralandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda kütləvi dava: Polislər yaralandı

Bakıda kütləvi dava: Polislər yaralandı


Fevralın 1-dən 2-nə keçən gecə Sabunçu rayonu ərazisində yerləşən “Emin” kafesində qanlı dava olub.

AzNews.info xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən virtualaz.org-a verilən məlumata görə, gecə saat 00.59-da 102 xidmətinə İlham Bəykişi oğlu Məmmədov soyadlı bir nəfər zəng edərək bildirib ki, adıçəkilən kafenin işçiləri ona bıçaqla hücum ediblər.

Sabunçu RPİ-nin 5 nəfər əməkdaşı dərhal hadisə yerinə yollanıb. Amma kafedə polislərlə müştərilər arasında əvvəlcə mübahisə, sonra isə dava düşüb. Nəticədə üç polis əməkdaşı müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb. Onların hər üçü 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Buna baxmayaraq, polisə hücum edənləri yaxalamaq mümkün olub. Onlar Beyləqan sakinləri - əvvəllər məhkum olunmuş və polisə zəng etmiş, 1986-cı il təvəllüdlü İlham Məmmədov, 1987-ci il təvəllüdlü Dəyanət Muradov və 1986-cı il təvəllüdlü Ceyhun Məlikovdur.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *