Türkiyədə çayxanaya silahlı hücum: 2 nəfər öldü, 4 nəfər yaralandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Türkiyədə çayxanaya silahlı hücum: 2 nəfər öldü, 4 nəfər yaralandı

Türkiyədə çayxanaya silahlı hücum: 2 nəfər öldü, 4 nəfər yaralandı


Türkiyədə çayxanaya silahlı hücum olub.

ATV.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, gecə saatlarında iki maskalı şəxs İstanbulun Küçükçəkməcə rayonunda çayxanaya gələrək odlu silahdan atəş açıb.

Hadisə nəticəsində çayxanada olan Rəcəb Turqut və Sərdar Cebeci adlı iki şəxs həyatını itirib, 4 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı vətəndaşlar tərəfindən xəstəxanaya çatdırılıb.

Hücumun ardından dərhal çoxlu sayda polis hadisə yerinə gələrək biri ağ, digəri isə qara maskalı olan şəxslərin tapılması üçün genişmiqyaslı əməliyyata başlayıb. Hadisənin terrorçular tərəfindən törədildiyi güman edilir.

Xatırladaq ki, ötən gün Diyarbakırın Sur rayonunda PKK-ya qarşı əməliyyatlarda Türkiyə ordusunun 5 əsgəri şəhid olub, 8 nəfər isə yaralanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin PKK-ya qarşı əməliyyatları davam edir. Bir neçə həftədir Şırnak vilayətinin Cizrə şəhəri və Diyarbəkirin Sur şəhərində keçirilən əməliyyatlar zamanı PKK-ya ağır zərbə vurulub, çoxlu sayda terrorçu tutulub, külli miqdarda silah-sursat ələ keçirilib.

Mənbə: ATV.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *