“Keçmiş arvadımı evlilik proqramına Brilliant Dadaşova göndərib” - Rafael Dadaşov » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Video

“Keçmiş arvadımı evlilik proqramına Brilliant Dadaşova göndərib” - Rafael Dadaşov – VİDEO

“Keçmiş arvadımı evlilik proqramına Brilliant Dadaşova göndərib” - Rafael Dadaşov


Xalq artisti Rafael Dadaşovun keçmiş həyat yoldaşı, Brilliant Dadaşovanın bacısı, aktrisa Sədaqət Dadaşova Türkiyənin “Fox” telekanalında yayımlanan “Zuhal Topalla İzdivac” proqramına qatılıb.

Oqtay adlı kişi üçün proqrama qonaq olan 64 yaşlı aktrisa müraciət etdiyi bəy barədə fikirlərini bölüşüb: “Gördüm ki, yaxşı və kübar adamdır. Bəyəndiyim üçün proqrama qatılmağa qərar verdim. Oqtay bəyin anası ilə yaşadığını bilirəm. Razılaşsaq, İstanbulda onlarla yaşaya bilərəm”.

S. Dadaşovanın evlilik proqramında iştirak etməsi isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İnsanlar aktrisanı 64 yaşında atdığı addıma görə tənqid ediblər.

Sənətçinin qızı Səidə Dadaşova axşam.az saytına açıqlamasında anasının işlərinə qarışmadığını bildirib: "Anamın evlilik proqramına qatılmasından xəbərim yoxdur. Həm də ki, o, mənim anamdır, mənə məsləhət verəndir. Mən valideynlərimə məsləhət verən deyiləm, onların işinə qarışmıram".

AzNews.info xəbər verir ki, musavat.com S. Dadaşovanın evlilik proqramına qatılması barədə keçmiş həyat yoldaşı Rafael Dadaşovun fikirlərini öyrənməyə çalışıb. Xalq artisti açıqlamasında bildirib ki, məsələ ilə bağlı danışmaq istəmir: “O boyda tanınmış Brilliant bacısı var, ona zəng edin. Məndən niyə soruşursunuz? Mən Sədaqətin əmisi oğluyam, evlilik proqramına qatılması barədə niyə danışmalıyam? Bu barədə bacısı danışsın. Onu Türkiyəyə bacısı göndərib”.

Qeyd edək ki, S. Dadaşova “Bizim küçənin oğlanları” ( 1973), “Ömrün səhifələri” (1974), “Çarvadarların izi ilə (f 1974), “Yaşıl eynəkli adam” (1987), “Yeddi oğuldan biri” ( 2007) filmlərində rol alıb. Sədaqət-Rafael cütlüyünün Səidə, Leyla və Ayxan adlı üç övladı var.


Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 14 sentyabr 2016 16:49
  • Yazan: cialis
buy cialis cheap is not indicated for use in pediatric patients.

  • #2
  • 14 sentyabr 2016 16:49
  • Yazan: cialis
I appreciate, cause I discovered just what I used to be looking for. You have ended my four day long hunt! God Bless you man. Have a nice day. Bye

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *