Naxçıvanda döyülmə ilə bağlı bir nəfər saxlanılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Video

Naxçıvanda döyülmə ilə bağlı bir nəfər saxlanılıb – VİDEO

Naxçıvanda döyülmə ilə bağlı bir nəfər saxlanılıb


Naxçıvanda jurnalist İlqar Nəsibovun döyülməsi faktı ilə bağlı şəhər sakini Fərid Əsgərov saxlanılıb.

ANS TV-nin məlumatına görə, Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin hadisə bağlı yaydığı açıqlamada deyilir ki, Naxçıvanda “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin ofisinə hücum edilməsilə bağlı yazılan məlumatlar əsassızdır. Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, hadisə məişət zəminində baş verib. İctimai birliyin həmtəsisçisi olan İlqar Nəsibov uzun müddətdən bəri yaxın dostluq münasibətləri saxladığı Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının sədri olmuş, Naxçıvan şəhər sakini Fərid Əsgərovla birlikdə ictimai birliyin ofisində spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə düşüb.

Fərid Əsgərov izahatında bildirib ki, davaya səbəb İlqar Nəsibovun onun ailə üzvləri haqqında işlətdiyi nalayiq və təhqiramiz ifadələr olub. Hər iki şəxs əlbəyaxa dava zamanı bir-birinə bədən xəsarətləri yetiriblər.

Faktla bağlı inzibati araşdırma tədbirləri davam etdirilir.

Bəzi mətbu orqanlarında bu insident jurnalistin qəsdən döyülməsi və təsisçisi olduğu QHT-yə hücum kimi təqdim edilib. İlqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova Azadlıq Radiosuna deyilənlərin qurama olduğunu, rəhbəri olduğu təşkilata təzyiqlərin artdığını deyib.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *