İtkin düşən polisin meyiti tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

İtkin düşən polisin meyiti tapıldı – FOTO

İtkin düşən polisin meyiti tapıldı


İsmayıllı rayonunda itkin düşən keçmiş polis əməkdaşının meyiti tapılıb.

AzNews.info xəbər verir ki, AzVision.az-ın məlumatına görə, 63 yaşlı Nəsirov Bəxtiyar Mirzəbəy oğlunun cəsədi bir neçə gün öncə Göyçay rayonunda, su kanalında aşkar edilib.

Ailəsi tapılmadığı üçün o, Göyçay Bələdiyyəsi tərəfindən dəfn edilib.

Keçmiş polis əməkdaşının yaxınları hadisədən bu gün xəbər tutublar.

Qeyd edək ki, İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 5 saylı ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Nəsirov Bəxtiyar Mirzəbəy oğlu ötən il mayın 1-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun ailə üzvləri Bəxtiyar Nəsirovun itkin düşməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları tərəfindən 7 aydır ki, beş övlad atası olan Bəxtiyar Nəsirovun tapılması üçün həyata keçirilən axtarış tədbirləri hələ ki, bir nəticə verməyib.

B.Nəsirov təqaüdə çıxan serjantı olub.

İtkin düşən polisin meyiti tapıldı

Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *