Azərbaycanda 1 əsrdən çox yaşı olan türbə aşkarlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Tarix

Azərbaycanda 1 əsrdən çox yaşı olan türbə aşkarlandı

Azərbaycanda 1 əsrdən çox yaşı olan türbə aşkarlandı


Qazaxda 1 əsrdən çox yaşı olan türbə aşkarlanıb.

AzNews.info TTV-yə (Region TV) istinadən xəbər verir ki, tarixi abidələrlə zəngin olan Qazaxda türbə aşkarlanıb. 1 əsrdən çox yaşı olan türbənin ətrafında qəbirlər də tapılıb.

1854-cü ildə tikilən türbə Qazaxın Hüseynbəyli kəndində yerləşir. Türbənin yaxınlığında qəbirlərə də rast gəlinib ki, burada da Qazaxda məşhur olan bir nəslin nümayəndələri dəfn olunub. Son zamanlar aparılan tədqiqat işləri zamanı da bir sıra tarixi faktlar aşkarlanıb.

Türbədə olan məzar daşının 1 əsrdən çox yaşı olsa da, öz rəngini itirməyib. Türbə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur.

Yaxın vaxtlarda türbənin üzərinə xüsusi lövhə də vuralacaq. Burada abidənin tarixi barədə məlumat veriləcək.

Mənbə: TTV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *