İqtisad Universitetində yaşlı dosentlər işdən çıxarılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

İqtisad Universitetində yaşlı dosentlər işdən çıxarılacaq

İqtisad Universitetində yaşlı dosentlər işdən çıxarılacaq


Azərbaycan Dövlət İqtisad Universitetində təhsil haqları artırılmayacaq.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu ADİU rektoru Ədalət Muradov deyib.

O bildirib ki, ADİU-da yalnız əcnəbi tələbələrin təhsil haqları artırılıb:

“Əcnəbi tələbələr üçün təhsil haqqı 4000 dollar müəyyən olunub”.

Universitetdə 917 nəfər müəllimin çalışdığını nəzərə çatdıran rektor qeyd edib ki, bu rəqəm çoxdur:

“Yaşı 70-dən yuxarı, elmi dərəcəsi olmayan, habelə yaşı 75-dən yuxarı dosentlərin işdən çıxarılması nəzərdə tutulur. Yalnız professorlar istədikləri qədər universitetdə çalışa biləcəklər”.

Rektor əlavə edib ki, rəsmi rəqəmlərə görə, universitetin məzunlarının 38 faizi 1 ay müddətində işlə təmin olunub.

Ə. Muradov qeyd edib ki, Rusiya Federasiyasının Dərbənd şəhərində tələbə qəbulu aparılması üçün artıq lisenziya alınıb:

“Eyni zamanda, iqtisadi mühəndisliklə bağlı ixtisasların açılması da gündəmdədir”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *