“Arzu, salamat qal” yazan neftçinin cəsədi tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto

“Arzu, salamat qal” yazan neftçinin cəsədi tapıldı – FOTO (YENİLƏNİB)

“Arzu, salamat qal” yazan neftçinin cəsədi tapıldı


“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Oxu.Az-ın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60km uzaqlıqda “Berkar” gəmisi kişi cəsədi aşkarlamışdır. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “BAYAN” gəmisinə məlumat ötürülmüş və cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılmışdır. Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilmişdir.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədinin respublikaya gətirilməsi üçün hadisə yerinə yola düşmüşdür.

“Arzu, salamat qal” yazan neftçinin cəsədi tapıldı
“Arzu, salamat qal” yazan neftçinin cəsədi tapıldı
“Arzu, salamat qal” yazan neftçinin cəsədi tapıldı
“Arzu, salamat qal” yazan neftçinin cəsədi tapıldı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *