Amaşov: Homoseksuallarla bağlı dərc olunan jurnal milli dəyərlərimizə ziddir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

Amaşov: Homoseksuallarla bağlı dərc olunan jurnal milli dəyərlərimizə ziddir

Amaşov: Homoseksuallarla bağlı dərc olunan jurnal milli dəyərlərimizə ziddir


Azərbaycanda homoseksuallarla bağlı dərc olunan jurnal Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə tamamilə ziddir.

AzNews.info xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, dünyada hər bir xalqa xas olan dəyərlər var:

“Avropada da müəyyən dəyərlər var ki, biz onların bir hissəsini mənimsəyirik və öz dəyərlərimizi Avropaya, dünyaya ixrac edirik. Eyni zamanda, Azərbaycan tolerant ölkədir. Azərbaycanın qanunları dünyanın inkişaf etmiş ölkələrinin qanunları ilə bərabər səviyyədədir.

Ancaq bizim ali mənəvi dəyərlərimiz var. Biz dünyadan nə qədər dəyərlər mənimsəsək də, özümüzün əsrlər boyu formalaşan dəyərlərimizi qoruyub saxlamalıyıq və o dəyərləri aşağılayan heç bir hala yol verməməliyik. Ona görə də, Azərbaycanda belə bir jurnalın nəşr olunmasına təəssüf edirəm. Əminəm ki, bu jurnal milli dəyərlərimizə zidd olduğu üçün özünə yer tutmayacaq”.

Ə.Amaşov bildirib ki, Azərbaycanda bundan əvvəl də milli dəyərlərimizə zidd nəşrlər olsa da, sonradan özlərinə oxucu qazana bilmədiyi üçün onlar bağlanıb.

Qeyd edək ki, Azərbaycanda homoseksuallarla bağlı “Monority” adlanan jurnal nəşr olunub. Jurnalda milli-mənəvi dəyərlərimizə tamamilə zidd şəkillər və materiallar yerləşdirilib.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 15 sentyabr 2017 12:17
  • Yazan: Benny
People have realized that fashion, need not come with a cost. Everyone deserves a piece of all that are replica watches. Why must the rich only have access to fashion. Fashion and all that is fashionable is a human right, for from the beginning of time our replica watches sale have made accessories from animal bones and created clothes from animal skins and tree barks. With rolex replica sale you get elegance, boldness and fashion, at a budget. Its a timeless gift, a beautiful accessory, a trendy statement and hence its an affordable extension of replica watches sale . Furthermore, these watches work well and blend in with any outfit, be it formal or casual and at any occasion, be it a birthday party or a formal ball. Wouldn't all of us just love to rolex replica sale that has a multi purpose. Just for that very reason, so many designers are coming up with unique dresses that can be converted from an office suit to an evening party dress, with the help of fake rolex sale or a pair of heels.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *