MTRŞ-dən Mikayılın verilişlərinə xəbərdarlıq edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

MTRŞ-dən Mikayılın verilişlərinə xəbərdarlıq edildi

MTRŞ-dən Mikayılın verilişlərinə xəbərdarlıq edildi


Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

MTRŞ-dən Oxu.Az-a daxil olan məlumata görə, iclasda "Space" televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişləri müzakirə edilmiş, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb.

Eyni zamanda bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib.

"Space" televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq “Space” televiziyasına xəbərdarlıq elan edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *