Bağla

AzNews.info



Bölmə: Sosial, İdman, Gənclik

Gəncədə tələbələr arasında boulinq yarışı keçirilib

Gəncədə tələbələr arasında boulinq yarışı keçirilib


AzNews.info-nun aldığı məlumata görə, 15.11.2014-cü il tarixində Gəncə Dövlət Universitetinin dəstəyi ilə Tələbə Gənclər Təşkilatı "SAĞLAM GƏLƏCƏK , SAĞLAM GƏNCLİK İLƏ GƏLƏCƏK ! " layihəsi çərçivəsində tələbələr arasında "BOWLING" yarışı keçirib.

Nəzərinizə çatıdıraq ki, layihənin əsas məqsədi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlam həyat tərzi anlayışını aşılamaqdır.
Layihə çərçivəsində keçirilən müsabiqədə 9 komanda olmaqla 30-a yaxın gənc iştirak etmişdir.
2 saat müddətində davam edən yarışın sonunda "Vikinqlər" komandası I , "Bozqurd" komandası II , "Team" komandası isə III yerə çıxıb.

Qalib komandalar kubok, fəxri fərman və hədiyyələr ilə təltif olunublar. Sözügedən layihə çərçivəsində növbəti həftədə QİÇS-lə mübarizə gününə həsr olunmuş sosial - çarx çəkiləcək.

Mənbə: AzNews.info

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *