İtkin düşmüş neftçilərin axtarışına əlavə qüvvələr cəlb olunur » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

İtkin düşmüş neftçilərin axtarışına əlavə qüvvələr cəlb olunur

İtkin düşmüş neftçilərin axtarışına əlavə qüvvələr cəlb olunur


“Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib.

Oxu.Az nazirliyin saytına istinadən verdiyi məlumata görə, müşavirədə fövqəladə hallar nazirinin müavinləri və müvafiq struktur bölmə rəisləri, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sahil Mühafizə və Aviasiya xidmətlərinin rəisləri, Dövlət Dəniz Administrasiyasının rəhbər heyəti və mütəxəssisləri iştirak ediblər.

Müzakirələr zamanı qəza nəticəsində itkin düşən insanların axtarışı işlərində effektivliyin artırılması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Müşavirənin yekunu olaraq, sabah axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin 1 təyyarə və 4 helikopterinin, Dövlət Sərhəd Xidmətinin 6 helikopteri və 7 gəmisinin, habelə sahilboyu müşahidə işləri aparan FHN-in Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətindən əlavə qüvvələrin cəlb olunması qərara alınıb. Həmçinin, Xəzər dənizində üzən gəmilərə Dövlət Dəniz Administrasiyası vasitəsilə üzdükləri ərazilərdə müşahidə-axtarış işlərinin gücləndirilməsi ilə bağlı bir daha müraciət edilməsi qərara alınıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *