Bakıda daha bir küçə bağlanır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bakıda daha bir küçə bağlanır

Bakıda daha bir küçə bağlanır


Bu gün axşam saat 22.00-dan etibarən Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən başlayaraq Fətəli xan Xoyski küçəsinə qədər olan hissəsi iki günlük tam bağlanacaq.

Bu barədə ANS PRESS-ə Bakı şəhər Dövlət Yol Polisindən məlumat verilib.

Yolun bağlanmasına səbəb asfalt örtüyünün yenilənməsi və digər təmir işləridir. Həmin ərazidə təmir işləri bazar ertəsi günü başa çatdırılacaq.

Bununla əlaqədar sürücülərdən alternativ yollardan istifadə etməsi tövsiyyə olunur. Təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir.

Xatırladaq ki, Koroğlu Rəhimov küçəsində nəqliyyatın hərəkəti ötən həftə təmir işlərinin aparılması ilə əlaqədar tam olaraq məhdudlaşdırılıb ki, bu da Bakıda nəqliyyatın hərəkətinin iflic olmasına səbəb olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *