Gəncədə “Müsəlman Birliyi” tərəfdarlarına qarşı əməliyyat » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Gəncədə “Müsəlman Birliyi” tərəfdarlarına qarşı əməliyyat

Gəncədə “Müsəlman Birliyi” tərəfdarlarına qarşı əməliyyat

DİN məlumat yaydı.

Gəncədə polis əməkdaşları “Müsəlman Birliyi” hərəkatının tərəfdarlarına qarşı əməliyyat keçiriblər.

Bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən şəhər sakini Mübariz İbrahimov tutulub.

Ona məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı 4 ədəd “RQD-5” qumbarası, 1 ədəd qoruyucu, 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) götürülüb.

Noyabrın 30-da Gəncə ŞBPİ əməkdaşları tərəfindən “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Ramiz Sarıyevin Yeni Gəncə qəsəbəsindəki evinə baxış zamanı 3 ədəd “F-1” qumbarası, 2 ədəd patron darağı, 67 ədəd müxtəlif çaplı patron, 1 ədəd planşet, 9 ədəd DVD disk, 22 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar ediləkərək götürülüb.

Noyabrın 30-da Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Rövşən Əsədovun evinə baxış zamanı 1 ədəd “AK-74” makalı silah, 2 ədəd patron darağı, 30 ədəd patron, 11 ədəd DVD disk, 12 ədəd dini ədəbiyyat, 5 ədəd üzərində fars yazıları olan bankomat kartı, 1 ədəd üzərində fars yazıları olan mobil telefon üçün kart və 4 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti), Anar Sultanovun evinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kəslimiş ov tüfəngi, 1 ədəd “RQD-5” qumbarası, 2 ədəd patron darağı, 50 ədəd müxtəlif çaplı patron, 91 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar ediləkərək götürülüb.

Noyabrın 30-da Kəpəz RPİ əməkdaşları tərəfindən “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Füzuli Abbasovun mənzilinə baxış zamanı 2 ədəd “F-1” qumbarası, 2 ədəd patron darağı, 52 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü bıçaq, 68 ədəd DVD disk, 26 ədəd təqvim, 52 ədəd dini ədəbiyyat və 2 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti), Ramil Abbasovun evinə baxış zamanı 1 ədəd, “F-1”, 1 ədəd “RQD-5” qumbarası, 25 ədəd müxtəlif çaplı patron, 1 ədəd audio disk, 4 ədəd dini lövhə, 4 ədəd dini ədəbiyyat və 3 ədəd kitabça (“Müsəlman Birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkar ediləkərək götürülüb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *