Səyavuş Aslan ölməyib » AzNews.info -Xəbər portalı

Səyavuş Aslan ölməyib

Səyavuş Aslan ölməyib


Noyabrın 25-də xalq artisti Səyavuş Aslanın 80 illik yubileyi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışı zamanı Səyavuş Aslanın unudulmaz şəxsiyyət olduğunu deyib:

“Səyavuş Aslan unikal şəxsiyyət, unikal sənətkar idi. O, əsil sənətkar kimi heç vaxt unudulmayacaq. Nə qədər ki, teatrımız yaşayır, Səyavuş Aslan da yaşayacaq”.

Daha sonra aktyorun sənət yolundan bəhs edən videoçarx nümayiş etdirilib. Akademik teatrın baş rejissoru Azər Paşa Nemətov, xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov da aktyorla bağlı xatirələrini bölüşüblər.

Xatırladaq ki, xalq artisti Səyavuş Aslan 2013-cü il iyunun 27-də Bakıda vəfat edib.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *