Gəncə şəhərində "Sağlam gələcək,sağlam gənclik ilə gələcək" layihəsi çərçivəsində konfrans keçirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Gənclik, Foto

Gəncə şəhərində "Sağlam gələcək,sağlam gənclik ilə gələcək" layihəsi çərçivəsində konfrans keçirildi – FOTO

Gəncə şəhərində "Sağlam gələcək,sağlam gənclik ilə gələcək" layihəsi çərçivəsində konfrans keçirildi


24 noyabr 2015-ci il tarixində Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi "Sağlam Gələcək,Sağlam Gənclik ilə Gələcək !" layihəsinin yekun mərasimi və 1 dekabr Beynəlxalq QİÇS ilə mübarizə gününə həsr olunmuş "Sağlam cəmiyyətin qurulmasında sağlam gənclik modelinin təşkilinə dair "mövzusunda II Gəncə Konfrans keçirildi.

AzNews.info-nun məlumatına görə, konfransı giriş sözü ilə açan Gəncə Dövlət Universitetinin Təlim,Tərbiyyə işləri üzrə prorektoru Asif Cavadov qonaqları salamlamış, Universitet olaraq hər zaman gəncləri sağlam gələcək naminə birləşməyi və onların sağlam həyatda yaşaması üçün lazımi şərait yaradıldığını vurğulamışdır. Daha sonra qonaqların - ekspertlərin çıxışlarına başlanıldı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi QİÇS ilə mübarizə mərkəzinin nümayəndələri Ceyhun Nəcəfov və həkim terapevt Səriyyə xanım çıxış edərək xəstəliyin yayılma yolları,terapiyası,müdafiə yolları və digər məsələlər haqda ətraflı məlumat verilmişdir. Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin əməkdaşı Xəyalə Qurbanova, Gəncə şəhər Narkomaniya ilə mübarizə idarəsinin rəisi Rəşad Abdullayev, Gəncə Şəhər İcra hakimiyyətinin rəsmisi Kənan Məmmədov çıxışlar edərək müxtəlif sahələrdə gəncləri maarifləndirmiş və onlara ağlam həyat tərzi seçməyi tövsiyyə etmişlər.Tələbələrin sualları ekspertlər tərəfindən cavablandırılmışdır. Konfrans Uğurla yekunlaşmışdır. Konfransın sonunda II tədris binasında universitet tələbələri arasında HİV testi keçirildi.

Sonda qeyd edək ki, bu layihə 2-ci dəfədir ki, Gəncə şəhərində uğurla həyata keçirilir. Layihənin müəllifi Gəncə Dövlət Universitetinin tələbəsi Qulu Abdullazadədir.

Gəncə şəhərində "Sağlam gələcək,sağlam gənclik ilə gələcək" layihəsi çərçivəsində konfrans keçirildi
Gəncə şəhərində "Sağlam gələcək,sağlam gənclik ilə gələcək" layihəsi çərçivəsində konfrans keçirildi
Gəncə şəhərində "Sağlam gələcək,sağlam gənclik ilə gələcək" layihəsi çərçivəsində konfrans keçirildi
Gəncə şəhərində "Sağlam gələcək,sağlam gənclik ilə gələcək" layihəsi çərçivəsində konfrans keçirildi
Gəncə şəhərində "Sağlam gələcək,sağlam gənclik ilə gələcək" layihəsi çərçivəsində konfrans keçirildi

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *